• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin Paşinyanı sərt tənqid etdi

DÜNYA

12 Sentyabr 2023 | 13:58

Putin Paşinyanı sərt tənqid etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə son açıqlamalarına kəskin reaksiya verib.

Bakıvaxtı.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.

"Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edibsə, biz daha nə deyə bilərik? Ermənistan qəbul edibsə ki, Qarabağ Azərbaycanın bir hissəsidir, söhbət nədən gedir?", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Paşinyan bildirib ki, Rusiya "Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır".

"Müəyyən proseslər belə bir fikir yaradır ki, bir gün sadəcə oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik", - o deyib.

Bundan başqa, Paşinyan Rusiyanın Ermənistan-Azərbaycan danışıqlar prosesində aktivliyinin "Ukraynadakı hadisələrlə əlaqədar olaraq azaldığını" qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026