Pakistanın baş naziri Şahbaz Şərif dünən Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
İki lider əl sıxdıqdan sonra yerlərini tutublar. Putin tərcüməçi qulaqcığı stolun üstündən götürüb taxarkən Şerifə işarə etdi ki, taxın.
Bakıvaxtı.az xəbər verir ki, Şərif qulaqcıqları nə qədər etsə də, taxa bilməyib.
"Kimsə mənə kömək edə bilərmi?" deyən Şərifin yanına zaldakılardan kömək gəldi.
Pakistanın baş nazirinə taxılan qulaqcıq bir neçə saniyə sonra yerə düşüb. Putin gülümsəyərkən Şərifin qulaqcıqları taxılıb və söhbət başlayıb. Şərifin çətin anları sosial mediada da gündəm olub.
Aytac Aslan


png-1663320779.png)













