• Bakı 11° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Putindən Sərəncam: “Eurovision”a qarşı “İntervision” keçiriləcək

DÜNYA

04 Fevral 2025 | 11:00

Putindən Sərəncam: “Eurovision”a qarşı “İntervision” keçiriləcək

Rusiya prezidenti Vladimir Putin “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq sənəd hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilib.

“İntervision” musiqi müsabiqəsi “Eurovision”un alternativi olacaq.

“İntervision” müsabiqəsi Moskva və Moskva vilayətində keçiriləcək.

Bildirilir ki, təşkilat komitəsinin sədri baş nazirin müavini Dmitri Çernışenko olacaq. Müsabiqənin dəqiq tarixləri və onun formatı sənəddə göstərilməyib.

MDB, BRICS, ŞƏT, Latın Amerikasının 20-yə yaxın ölkəsi bu musiqi müsabiqəsində iştirakını artıq təsdiqləyib.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy əvvəllər bildirib ki, “İntervision” 2025-ci ilin sentyabrında baş tutacaq.


SON XƏBƏRLƏR