• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Putinə çəkiclə qəfil sui-qəsd – ŞOK İDDİA

DÜNYA

28 Iyun 2022 | 15:32

Putinə çəkiclə qəfil sui-qəsd – ŞOK İDDİA

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Daniel Hoffman heyrətləndirici açıqlamalar verib.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, Daniel Hoffman hesab edir ki, Rusiya prezidenti Putini devirmək cəhdi sürətli və potensial ölümcül olacaq:

“Sui-qəsdi planlaşdıranlar bu barədə çox gizli olmalıdırlar ki, birinci Putin onları tapıb öldürməsin. Hər şey birdən baş verəcək və Putin öləcək. Heç kim “hey Vladimir, getmək istəyirsən?”- deyə soruşmayacaq. Başına endirilən qəfil çəkic zərbəsi ilə öləcək”. 

O, Rusiya liderinə qarşı mümkün hücumla bağlı təəccüblü iddialar səsləndirib və sui-qəsdi həyata keçirə biləcək insanları bir-bir açıqlayıb.

Bu adlar Putinin ən yaxın çevrəsində olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və FSB direktoru Aleksandr Bortnikovdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026