• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qadına qarşı quldurluq edənlər tutuldu

HADİSƏ

22 Noyabr 2022 | 12:02

Qadına qarşı quldurluq edənlər tutuldu

Bakıda 62 yaşlı qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsindəki bankomatların birində 2 nəfərin Bakı şəhər sakini olan 62 yaşlı qadına hesabından pulunu çıxarmalarına kömək etmələri, sonradan isə onu təqib edərək içərisində 283 manatı, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Orxan Cəfərov və Hacıqabul rayon sakini Əfqan Haqverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026