Türkiyənin “Qalatasaray” klubunun UEFA Çempionlar Liqasındakı ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Türkiyə çempionu Vilnüsün “Jelqiris” komandası ilə qarşılaşacaq.
Belə ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə Litva komandası səfərdə Makedoniyanın “Struqa” kollektivinə 2:1 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.
Bildirilir ki, “Qalatasaray” “Jelqiris”lə ilk oyununu 25 və ya 26 iyulda 5000 tamaşaçı tutumlu, süni örtüklü LFF Stadionunda keçirəcək.
Cavab oyunu isə avqustun 1-2-də İstanbuldakı “Rams Global Stadium”da baş tutacaq.




jpeg-1692301973.webp)











