Məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha üç ay uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İrəvan Birinci İnstansiya Ümumi Yurisdiksiya Məhkəməsinin cinayət işləri üzrə hakimi Karen Farxoyan məlumat verib.
Məhkəmə artıq məhkəməyəqədər həbs müddətini üç ay uzadıb.
Bu arada, arxiyepiskopun vəkili Ovannes Xudoyan bildirib ki, müvəkkilinin məhkəməyəqədər həbsdə saxlanılması Ermənistanın hüquq-mühafizə və ədliyyə sistemləri üçün rüsvayçılıqdır.
"İttihamlar bu işdə bütün təqsirləndirilən şəxslərin həbsinin əsası kimi istifadə edilən yalan sübutlara əsaslanır", - deyə o qeyd edib.
Qalstanyanın özü məhkəmədə çıxış edərək sona qədər mübarizə aparmaq əzmində olduğunu bildirib.
Bakı 



