• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qanunsuz ov edən əcnəbilər ölkədən çıxarıla bilər

CƏMİYYƏT

04 Noyabr 2023 | 16:55

Qanunsuz ov edən əcnəbilər ölkədən çıxarıla bilər

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ov qaydalarına riayət etməsələr, ölkədən xaric edilə bilərlər.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda deyib.

“Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ov icazəsi dövlətimizin qanunlarından və beynəlxalq konvensiyalardan irəli gəlir. Onların da digər Azərbaycan vətəndaşları kimi qanunlara riayət etmək şərti ilə ov etmək hüququ var. Lakin ov qaydalarına riayət edilmədikdə onlar müvafiq qaydada cərimələnir, digər şəxslər kimi İnzibati Xətalar Məcəlləsi, dəymiş ziyan min manatı ötərsə, Cinayət Məcəlləsinə uyğun qaydada tədbir görülür. Biz həmin əcnəbi şəxslərin qanunlara hörmət etməmə səbəbindən ölkədən xaric edilməsi ilə bağlı müvafiq orqanlara müraciət edirik. Gələcəkdə onların bu hüquqlarının məhdudlaşdırılması, yəni təkrarən ov fəaliyyətinə buraxılmaması məsələsi də nəzərə alınır”, - Xidmət rəisi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026