• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qanunsuz sərnişindaşıma xidmətilə bağlı BNA-dan açıqlama

CƏMİYYƏT

23 Avqust 2021 | 15:39

Qanunsuz sərnişindaşıma xidmətilə bağlı BNA-dan açıqlama

Xəbər verdiyimiz kimi, şənbə və bazar günləri kiçik tutumlu avtobuslar ictimai nəqliyyat xidməti göstərir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-a  bildirib ki, bu tip nəqliyyat vasitələri ilə sərnişindaşımaların icrası tam olaraq qanunsuzdur.

“Çünki müntəzəm sərnişindaşımalara cəlb edilən avtobuslarla bağlı Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiq olunan tələblər var. Hansı ki, bu tələblərin hər biri vətəndaşlara rahat, maneəsiz və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi baxımından vacibdir. Bu tip mikroavtobuslar isə həmin tələblərə heç bir halda cavab vermir. Bu səbəbdən də həmin nəqliyyat vasitələrinin sürücülərinə müntəzəm sərnişindaşımalara izacə verilə bilməz.

Qeyd olunanları nəzərə alaraq bir daha bildirmək istərdim ki, bütün bunlar qanunsuz sərnişindaşıma hallarıdır. Bu kimi halların mövcudluğu ciddi narahatlıq doğurur. Aparılan müşahidələr onu göstərir ki, bu tip hallar təkcə həftə sonları deyil digər günlərdə də rast gəlinməkdədir. Xüsusəndə metronun “20 Yanvar”, “Koroğlu”, “Əhmədli” və “28 May” stansiyalarının ətrafında hərəkətin xaotik hal alması həm də məhz bu cür qanunsuz sərnişindaşıma halları ilə bağlıdır”,-deyə M.Ağayev bildirib.

Mətbuat katibi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi öz səlahiyyətləri çərçivəsində qanunsuz sərnişindaşımaların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür: “Eyni zamanda qanunsuz sərnişindaşımalara qarşı birbaşa tədbir görmək səlahiyyətinə sahib olan aidiyyatı dövlət qurumlarına da müraciətlər edilib”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026