Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 15 ölkədə vəba epidemiyası elan edib. Vəba xəstəliyi milyonlarla insanın ölümünə səbəb olan və dünyaya yayılan ən dəhşətli faciələrdən biri olub.
Bəs bu xəstəliyin Azərbaycanda da yayılma təhlükəsi varmı? Vəbanın yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Tibb üzrə elmlər doktoru Adil Qeybulla Bakıvaxtı.az-a vəbanın çox təhlükəli infeksiya olduğunu deyərək, onun yayılma prosesindən danışıb. Bildirib ki, vəba-taun, sarı qızdırma, təbii çiçək kimi 4 xüsusi təhlükəli karantin infeksiyalarından biridir. Mütəmadi olaraq vəbanın epidemiyaları, xırda ocaqları qeyd olunur və dərhal onun qarşısı alınır. Vəba, asasən, su hövzələrindən yayılır. Vəba vibrionları ora düşür və oradan həzm traktına düşərək çox ağır bir vəziyyət yaradır. Vəba vibrionları həzm traktında 6 dəfə çoxalır və həddən artıq ciddi diareya yaradır.
Onun sözlərinə görə, ölüm halları, adətən, qarşısı alına bilməyən diareyadan baş verir:
“Çünki su və elektrolitlər mikroelementlərin həddən artıq utilizasiyası və itksi orqanizmdə ürəyin və digər orqanların fəaliyyətini ciddi şəkildə pozur və sonda ölümlə nəticələnir ” .

Adil Qeybulla: Vəba vibrionları həzm traktında 6 dəfə çoxalır və həddən artıq ciddi diareya yaradır
Professor deyib ki, bu cür karantin infeksiyası baş verdikdə onun onun qarşısı vaxtında alınmalıdır. Təbii çiçək xəstəliyinin yoxa çıxdığını vurğulayan ekspert, hazırda antibiotik erası olduğunu, bununla da taun və vəbanın qarşısını almaq, bunları yerində lokallaşdırmaq üçün elmin, tibbin geniş imkanları olduğunu qeyd edib.
Müsahibimiz su hövzələrini qoruyaraq bunun yayılmasının qarşısını almağın vacibliyini nəzərə çatdırdı:
“Ceyranbatan sü hövzəsi qorunmalıdır. Kürün suyuna nəzarət edilməlidir ki, təxribatlar baş verməsin” .
Mövzu ilə bağlı Abşeron Sukanal İdarəsi tərəfindən vətəndaşların sağlamlığı və məmnuniyyəti üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.
Mina Mikayılova














jpg-1711189490.webp)

