• Bakı 29° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

"Qarabağ" bu gün Avstriyada sonuncu yoxlama matçını keçirəcək

İDMAN

15 Iyul 2025 | 09:15

Qarabağ bu gün Avstriyada sonuncu yoxlama matçını keçirəcək

Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək.

Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.


SON XƏBƏRLƏR