• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qarabağ" ən az qol buraxan komandaların siyahısında

İDMAN

18 Oktyabr 2022 | 11:27

"Qarabağ" ən az qol buraxan komandaların siyahısında

Cari mövsüm avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası - red.) ən az qol buraxan komandalar bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, "10-luq"da "Qarabağ" da yer alıb.

"Köhlən atlar" UEFA Avropa Liqasının qrup mərhələsinin ilk 4 turunda qapısında cəmi iki qol görüb. Bu, I turda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzduqları görüşə təsadüf edib.

Siyahıda Ağdam təmsilçisinin rəqibi "Frayburq" da var. Bundesliqada klubunun qapısından yeganə topu məhz "Qarabağ" keçirib.

İlk iki pillədə qapısından qol buraxmayan Türkiyə "Başakşehir"i və Belçika "Bürügge"si qərarlaşıb.


"Qarabağ" ən az qol buraxan komandaların siyahısında
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026