• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qarabağ torpağı Türkiyə parlamentində təqdim olundu

DÜNYA

08 Noyabr 2023 | 18:18 | Müəllif: Subhan Mahmudov

Qarabağ torpağı Türkiyə parlamentində təqdim olundu

Qarabağdan aparılan torpaq bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiya sədri Meral Akşenerə təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib.

Torpağı İYİ Partiyadan olan deputat Kürşad Zorlu Qarabağa səfəri zamanı götürüb və özü ilə qardaş ölkəyə aparıb.

Torpağı partiya sədrinə Ankara Yıldırım Bəyazit Universitetinin azərbaycanlı tələbəsi Sədrəddin Məmmədli və Ankara Universitetində təhsil alan azərbaycanlı Qüdrət Səmədov təqdim edib.

"Bunu partiyamız Azərbaycanın Qarabağdakı zəfərinin ilk günündən etmək istəyirdi", - K.Zorlu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026