• Bakı 20° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

“Qarabağ” yenidən liderliyə yüksəldi

İDMAN

16 Dekabr 2024 | 21:42 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” yenidən liderliyə yüksəldi

Futbol üzrə Misli Premyer Liqasında XVII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bağlanış oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 7 və 33-cü dəqiqədə Musa Qurbanlı, 45+1-ci dəqiqədə Nəriman Axundzadə, 75-ci dəqiqədə Redon Coca, 90+2-ci dəqiqədə isə Toral Bayramov vurublar.

Bu qələbədən sonra "köhlən atlar" 41 xalla turnir cədvəlində liderliyə yüksəlib, “gənclik şəhəri” təmsilçisi isə 19 xalla 6-cı pillədə qalıb. “Qarabağ”ın ehtiyatında daha bir oyun var.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, “Neftçi” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026