• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" yoxlama görüşündə qələbə qazanıb

İDMAN

09 Iyul 2024 | 22:13 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" yoxlama görüşündə qələbə qazanıb

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.

Bakıvaxtı,az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan klubunun heyətində 22 və 44-cü dəqiqələrdə fərqlənən Leandro Andrade dubl edib. Rəqib komandanın yeganə qoluna isə 49-cu dəqiqədə Kristof Kabonqo imza atıb.

Qeyd edək ki, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Kayzerslautern" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026