• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qarabağda hərəkətlənmə: Təxribatlar davamlı olarsa...

SİYASƏT

10 Iyul 2023 | 12:39 | Müəllif: Qalib İbrahimoğlu

Qarabağda hərəkətlənmə: Təxribatlar davamlı olarsa...

"Qarabadakı qanunsuz erməni silahlı birləşmələrin bütün hərəkətləri ordumuzun nəzarətindədir".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Qarabağa nəzarəti həm dörd tərəfdən canlı şəkildə yaxından, həm də müasir texniki imkanlardan istifadə etməklə uzaqdan həyata keçirir: "Qanunsuz erməni silahlılarının səngərqazma, istehkam qurğularını yerləşdirmə və bu kimi təxribat cəhdlərinin qarşısı dərhal alınır. Erməni silahlılarının başı üzərindəki yumruq onlara başlarını qaldırmağa imkan vermir. Amma separatçıların və qanunsuz erməni silahlı birləşmələrinin torpaqlarımızda mövcudluğu və özbaşınalıqlarına davam etdirilməsi əbədi davam edə bilməz. Azərbaycan hələ ki, separatçıların təxribatçı hərəkətlərinin ancaq qarşısını almaqla kifayətlənir. Lakin belə təxribatçı hərəkətlər davamlı xarakter alarsa, onlara qarşı ciddi tədbirlər görüləcək".

Parlament üzvü vurğulayıb ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müvəqqəti dilokasiya olunmuş yerlərdə qalacaq: "Nəzərdə tutulan zaman bitəndən sonra sülhməramlılar ərazilərimizi tərk edəcək. Qarabağdakı erməni silahlıları tərksilah olunmaqla orada yaşayan insanların təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq”.

A.Badamov bildirib ki, bu gün Qarabağda yaşayan erməni əsilli sakinlərimiz üçün ən böyük təhlükə oradakı qanunsuz erməni silahlı birləşmələri və o cümlədən Rusiya sülhməramlılarıdır. Onun sözlərinə görə, ərazilərimiz onlardan azad olunandan sonra bütün məsələlər öz axarı ilə yerini tutacaq: “Qarabağda yaşayan separatçılarla bağlı problemlər arxivə gedəcək".

Qeyd edək ki, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə yerləşmiş qanunsuz erməni silahlı birləşmələri düşmən fəaliyyətdən əl çəkmirlər. Növbəti dəfə Qarabağdakı qanunsuz erməni silahlıların torpaqlarımızda səngər qazması, müdafiə istehkam qurğuları yaratması və Xocavənd istiqamətində kəşfiyyata cəhd etməsi faktları aşkarlanıb və dərhal qarşısı alınıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026