• Bakı 13° C

    11.11 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Qarabağda yeni PTM-lərin tikintisi planlaşdırılır

CƏMİYYƏT

02 Dekabr 2025 | 12:25

Qarabağda yeni PTM-lərin tikintisi planlaşdırılır

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq azad edilmiş bölgələrdə bir neçə Peşə Təhsil Mərkəzinin tikintisi və bərpası planlaşdırılır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu bugünki konfransda Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli deyib.

Onun sözlərinə görə, 2026-cı ildə Xankəndi, Laçın və Cəbrayıl PTM-lərinin inşası nəzərdə tutulur. Bu il Şuşa PTM-də əsaslı təmir tamamlanıb, Kəlbəcər PTM-də tikinti davam edir. Zəngilan, Qubadlı və Ağdam Peşə Təhsil Mərkəzləri isə hazırda layihələndirilir.


SON XƏBƏRLƏR

01 Dekabr 2025