• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir - Kaşuk

İDMAN

05 Sentyabr 2024 | 11:37

"Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir - Kaşuk

"Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir.

Bakıvaxtı.az "Sport.ua" nəşrinə istinadən xəbər verir ki, bunu ukraynalı futbolçu Alaksey Kaşuk deyib.

Yarımmüdafiəçi "köhlən atlar"a keçidi barədə açıqlama verib:

"Qurban Qurbanov uzun müddətdir burada işləyir. Komandanı Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-offa çıxarıb. O, oyunçuları necə inkişaf etdirməyi bilir. İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən getmir. Sözləşmədəki bənd də önəmlidir. Elə yazılıb ki, Avropa klubları gələcəkdə "Qarabağ"a adekvat qiymətə təklif verə biləcəklər. Üçüncü amil isə mən artıq bu çempionatda və ölkədə oynamışam, uyğunlaşmışam".

Qeyd edək ki, "Qarabağ" Aleksey Kaşukla 3 illik müqavilə imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026