• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qaxda it 11-ci sinif şagirdini ağır yaraladı

HADİSƏ

04 Oktyabr 2024 | 13:15

Qaxda it 11-ci sinif şagirdini ağır yaraladı

Qaxda it 11-ci sinif şagirdinə hücum edərək ağır xəsarətlər yetirib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə. Cumazadə yolla hərəkət edərkən həyətlərin birindən çıxan it ona hücum edərək ağır yaralayıb.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, it qızın boyun, döş, bel və ayaq nayihələrinə ağır xəsarətlər yetirib.

Hazırda xəstəxanada məktəblinin müalicəsi davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026