• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qaynar maye və qidadan uzuq durun - BU XƏSTƏLİYƏ YOL AÇIR

CƏMİYYƏT

03 Noyabr 2022 | 12:15 | Müəllif: Qalib İbrahimoğlu

Qaynar maye və qidadan uzuq durun - BU XƏSTƏLİYƏ YOL AÇIR

Hansı içkilərin xərçəngə səbəb ola biləcəyini açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qastroenteroloq Sergey Vyalov bildirib ki, həddən artıq qaynar maye qəbul etmək hüceyrələrin ölümünə səbəb olur. İsti içkidən ağzın yanması təkcə xoşagəlməz hal deyil, bu həm də ağızın, boğazın selikli qişasının hüceyrələrinin ölməsi deməkdir.

Bu proses davamlı olarsa, nəticədə xərçəngə gətirib çıxara bilir. Əlbəttə ki, selikli qişa bərpa olur, amma hər gün eyni yer qaynar mayedən yanarsa, hüceyrələrin bölünməsi prosesi pozulur, bu da səhvən bədxassəlilərin çoxalmasına səbəb olur. Bundan əlavə, qaynar içkilər mədə qastriti və xorasına səbəb olur. Mütləq çayın, qəhvə və kakaonun bir müddət soyumasını gözləmək lazımdır. Sonra çeçələ barmaqla yoxlayın, yandırıcıdırsa, içməyin.

Qastroenteroloq Emin Məmmədov Bakıvaxtı.az-a bildirib ki, deyilən fikirdə məntiq var, lakin qaynar maye nəinki mədə, həmçinin qida borusu xərçənginə də səbəb ola bilir: “Belə ki, qaynar maye və ya qida, qida borusu və mədənin selikli qişa örtütünə ciddi termik qiciqlandirici bir stresdir, selikli qişanı zədələyə bilir və zədələnən yerdə daim iltihab və bərpa prosesi gedir. Uzun zaman davam edən belə bir iltihab xərçəng hüceyrələrinin yaranma riskini artırmış olur”.

Həkimin sözlərinə görə, bununla, xüsusilə qida borusu xərçəngi ilə bağlı bir neçə elmi araşdırmalar mövcuddur: "Təbii burda yanaşı risk faktorlarının rolu mövcuddur, məsələn irsi meyillilik, tütün və alkol qəbulu, mədənin H.pylori infeksiyası və.s”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026