• Bakı 24° C

    5.8 m/s

Qazaxda 31 yaşlı kişi itkin düşüb

HADİSƏ

24 Mart 2025 | 18:39 | Müəllif: Gülşən Şərif

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Bakıvaxtı.az xəbər verir ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, buğdayı saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində, qara rəngli gödəkcə olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 022-295-14-97 şəhər və 055-816-04-37, 070-996-35-35mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026