• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazaxıstan Prezidenti Türkiyəyə getdi

DÜNYA

10 May 2022 | 13:57

Qazaxıstan Prezidenti Türkiyəyə getdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankaraya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentin "Telegram" səhifəsində məlumat verilib.

Türkiyənin paytaxtı Ankarada “Esenboğa” beynəlxalq hava limanında Qazaxıstan liderini Türkiyənin Vitse-prezidenti Fuat Oktay, Ankara valisi Vasip Şahin və bir sıra digər rəsmi şəxslər qarşılayıb.

Ankaraya ikigünlük səfəri çərçivəsində o, Türkiyə Prezidenti ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirəcək, Qazaxıstan-Türkiyə biznes forumunda iştirak edəcək və Türkiyə iş adamları ilə görüşəcək.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutub.


Qazaxıstan Prezidenti Türkiyəyə getdiQazaxıstan Prezidenti Türkiyəyə getdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026