• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna limanlarındakı gəmilərdə Azərbaycan vətəndaşları da var - BMT

DÜNYA

09 Iyun 2022 | 09:45

Ukrayna limanlarındakı gəmilərdə Azərbaycan vətəndaşları da var - BMT

“Ukraynanın minalanmış limanlarında hərəkətsiz qalan gəmilərdə Azərbaycandan olan şəxslər də var”.

Bakıvaxtı.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna limanlarında təqribən 80 gəmi hərəkətsiz halda qalıb. Bu gəmilərdə isə təqribən 450 dənizçi var: “Onlardan üçdə biri Filippindən olsa da, sıralarında Azərbaycan, Türkiyə və Suriyadan çox sayda adam var”.

Adams, həmçinin qeyd edib ki, limanlarda dəniz minalarının zərərsizləşdirilməsi üçün bir neçə ay tələb olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026