Azərbaycan və Qazaxıstan arasında dənizin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilməsi üçün bu il əməli işlərə başlanılması gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Onun sözlərinə görə, hazırda bunun üçün podratçı şirkət seçilir.
“Əvvəlcə kabeli istehsal etmək, sonra onu Xəzər dənizinə gətirmək və dibinə salmaq lazımdır. Bu il və gələn il layihənin böyük hissəsi tamamlanacaq",- deyə səfir qeyd edib.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir.