Qazaxıstanda bütün ölkə üzrə internet verilişi dayandırılıb.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı internetin fəaliyyətini təhlil edən “NetBlocks” təşkilatı yayıb.
Qazaxıstanın bəzi dövlət orqanlarının xaricdən girişinə məhdudiyyət qoyulub. Həmçinin bir neçə KİV orqanının saytına giriş bağlanıb.














