• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qazaxıstanda XÜSUSİ ƏMƏLİYYAT: 40 nəfər SAXLANILDI - VİDEO

DÜNYA

06 Mart 2023 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Qazaxıstanda XÜSUSİ ƏMƏLİYYAT: 40 nəfər SAXLANILDI - VİDEO

Martın 5-də Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qaraqanda vilayətində xüsusi əməliyyat keçirib.

Bakıvaxtı.az-ın Tengrinews.kz-a istinadən məlumatına görə, cinayətkar qrupun fəaliyyətinin qarşısını almaq üçün keçirilən əməliyyatda 40 nəfər saxlanılıb.

Qeyd olunub ki, bu dəstənin üzvləri ictimai asayişi kobud surətdə pozaraq, odlu silahdan istifadə etməklə dəfələrlə kriminal döyüşlər təşkil ediblər. Əməliyyat məlumatlarına görə, qrup üzvlərinin sayı keçmiş hüquq-mühafizə orqanlarının, həmçinin təhlükəsizlik təşkilatlarının əməkdaşları da daxil olmaqla 50-yə yaxındır. 

Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, doqquz odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədləşmə və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul, daşınar və daşınmaz əmlak, habelə uzaqdan dinləmə üçün xüsusi texniki vasitələr ələ keçirilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları DTN İdarəsi ilə birgə həyata keçirib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026