• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qəbələdə toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB

CƏMİYYƏT

16 Avqust 2024 | 12:30

Qəbələdə toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB

Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***

11:29

15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

    51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

    ***

    10:35

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.

    Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

    "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

    Qeyd edək ki, Qəbələdə xeyli sayda toy iştirakçısının zəhərləndiyi bildirilir.

    ***

    10:05

    Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

    Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

    Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.

    İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.

    Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026