• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəhvə insan orqanizmini cavanlaşdırır

CƏMİYYƏT

15 Iyul 2022 | 03:29 | Müəllif: Qalib İbrahimoğlu

Qəhvə insan orqanizmini cavanlaşdırır

Qəhvə insan orqanizmində cavanlaşdırıcı təsirə malikdir.

Bakıvastı.az xəbər vrusiyalı həkim-dermatoloq və kosmetoloq Stanislav Arkannikov açıqlayıb. Həkim eyni zamanda qeyd edib ki, qəhvənin cavanlaşdırıcı təsiri onun tərkibindəki orqanizm üçün faydalı və zəruri olan kofein, vitaminlər, minerallar, linol turşusu və antioksidantlara görə baş verir.

Bakıvaxtı.az xəbər verir ki, insan orqanizmində neqativ ətraf mühitdən, səhv qidalanmadan, əsəb və stresdən əmələ gələn sərbəst radikallar olan kimyəvi birləşmələri zərərsizləşdirən antioksidantlar içkinin cavanlaşdırıcı təsirini özündə ehtiva edir.

“Xaricdən aldığımız bütün sərbəst radikallar orqanizmdə qocalma proseslərini sürətləndirir. Kofein isə limfa sistemini stimullaşdırır. Əgər insan qəhvəni gündə lazımi qədər içərsə, üz və bütün bədən şişkinliklərindən qoruna bilər”,- deyə S.Arkannikov bildirib.

Həkimin sözlərinə görə, qəhvə həm də yağ vəzlərini normallaşdırır, bu da sızanaq, tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasının qarşısını alır. Qəhvəni gündə 2 və ya 3 fincan içmək tövsiyə edilir. Həddindən artıq qəhvə istifadə etmək isə arzuolunmazdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026