• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO

CƏMİYYƏT

29 Sentyabr 2023 | 00:33 | Müəllif: Subhan Mahmudov

Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, mərhum millət vəkilinin nəşi Heydər məscidinə gətirilib.

Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10-da Heydər Məscidində olacaq. O, İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026