• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qərb Ukraynaya qoşun göndərəcək?

DÜNYA

27 Fevral 2024 | 08:39 | Müəllif: Qalib İbrahimoğlu

Qərb Ukraynaya qoşun göndərəcək?

Gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsi istisna deyil.

Bakıvaxtı.az “Associated Press”ə istinadla xəbər verir ki. bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

Bu məsələ Avropanın 20 dövlət başçısı və digər Qərb rəsmilərinin Parisdə dünənki görüşündə müzakirə olunub. Fransa prezidenti Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəklərini bildirib.

"Bu gün rəsmi və təsdiq edilmiş qoşunların yerə göndərilməsi ilə bağlı konsensus yoxdur. Amma dinamika nöqteyi-nəzərindən heç nəyi istisna etmək olmaz", - Makron deyib.

Lakin o, hansı ölkələrin qoşun göndərməyi düşündüyünü açıqlamayıb və bəzi “strateji qeyri-müəyyənliyi” saxlamaq istədiyini bildirib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026