• Bakı 19° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Qərbə “nüvə” mesajı? Putin Çegeti ortaya çıxardı

DÜNYA

03 Fevral 2023 | 13:12

Qərbə “nüvə” mesajı? Putin Çegeti ortaya çıxardı

Rusiya-Ukrayna müharibəsi bir ilə yaxındır davam edir. Bu arada Rusiyadan gələn foto dünyanı təşvişə salıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyanın “Mirror” qəzeti “Qərbə soyuq təhdid” başlığı ilə oxucularına təqdim etdiyi xəbərdə Rusiya prezidentinin rəsmi səfəri zamanı portfelini özü ilə gətirdiyini və bunun nüvə hücumu həyata keçirməsinə imkan verdiyini yazıb.

Həmin anların görüntüləri AP beynəlxalq xəbər agentliyi tərəfindən dünya ilə paylaşılıb. Sözügedən kadrlarda Putin abidəyə əklil qoyarkən onun cangüdənlərinin əlində nüvə portfeli gəzdirdiyi görünür.

Putinin yanında saxladığı çanta və daşıdığı sistem ən son texnologiya ilə hazırlanıb. Qorbaçov və Yeltsin dövründə o, “Bond” tipli çantaya bənzəyirdi. Putin dönəmində daha “kompakt”a çevrilib və adı “Çeget” olaraq dəyişdirilib. Çeget Qafqazın Çərkəz bölgəsində yüksək dağın adıdır. Rusiya dövlət kanalına danışan hərbi ekspertin sözlərinə görə, əvvəllər yaradılmış döyüş kodları çanta, fləş yaddaş vasitəsilə komanda mərkəzinə ötürülür.

Bu yaxınlarda Putin təcili olaraq ilin sonuna qədər hipersəsli Satan-2 nüvə raketinin ikinci sınağını keçirməyi əmr edib. Putinin tapşırığından sonra ABŞ öz donanmasına aid yeni hazırlanmış döyüş gəmilərinin nüvə silahı potensialının artırılmasına dair tənzimləmə edib.

Ay Tac


SON XƏBƏRLƏR