• Bakı 24° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Qeyri-neft sektorunda ixracat zəifdir - EKSPERT

İQTİSADİYYAT

13 Iyul 2021 | 16:50

Qeyri-neft sektorunda ixracat zəifdir - EKSPERT

2021-ci ilin yanvar-may ayları ərzində ixrac malları 44,1 faiz, idxal malları 21,7 faiz bahalaşıb. Bu ilin ilk 5 ayında Azərbaycanın ixrac etdiyi mallarda bahalaşma rekord səviyyə yüksəlib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac edilən malların dəyəri 44,1 artıb ki, bu da illin əvvəlində qeydə alınan göstərici ilə müqayisədə xeyli böyükdür. 2021-ci ilin əvvəlində ixrac mallarının qiymətləri 3,4 faiz enmişdi. İlin birinci rübündə qiymətlərdə 21,9 faiz, yanvar-apreldə 36,4 faiz artım baş verib. Bəs bahalaşmanın səbəbi nədir? Bunun Azərbaycan üçün hansı müsbət və mənfi cəhədləri olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az saytına açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bahalaşmanın səbəblərindən danışıb:

“Bu bahalaşmanın yeganə səbəbi neftin və qazın qiymətinin bahalaşmasıdır. Azərbaycanın ixrac məhsullarında əsas yeri enerji daşıyıcıları tutur. Bizim ixracatımızda Qaz və neft məhsulları təqribən 92%-ə yaxınlaşıb. Neftin qiyməti də keçən ilə nisbətən az qala iki dəfə artıb. Çünki keçən ilin 1-ci, 2-ci rübündə ortalama qiymət çox aşağı idi. Mart və aprel aylarında neft qiymətləri 15-16 dollara qədər düşmüşdü deyə keçən ilin ilk rübündə həm qazda, həm də neftdə çox aşağı qiymətlər alındı. İndi isə neft və qaz qiymətləri sürətlə bahalaşıb. Ona görə ixracat məhsullarımızın dəyərində də bahalaşma müşahidə olunur.”

Ekspert bahalaşmanın mənfi cəhədinin olmadığını vurğulayıb:

“Bahalaşmanın mənfi cəhədləri yoxdur. Azərbaycanın ixracat məhsulu bahalaşırsa, deməli, Azərbaycana daxil olan valyutaların həcmi artır. Sadəcə Azərbaycan üçün problem odur ki, qeyri-neft sektorunda ixracat zəifdir, yəni ümumi ixracatın heç 10%-nə çatmır. Bu zəiflik var, bəli. Amma ixracat məhsullarının bahalaşması ölkənin valyuta gəlirlərini artırır, əksinə, Azərbaycana daxil olan valyutanın həcmində artım müşahidə olunacaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026