• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan Rusiyadan benzin idxalını artırdı

İQTİSADİYYAT

11 Avqust 2021 | 20:47 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Rusiyadan benzin idxalını artırdı

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyadan 31 342 ton Aİ-98 Premium benzini idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycanın benzin idxalında Rusiyanın payı 60,8 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanın Rusiyadan Aİ-98 Premium markalı benzin idxalının məbləği 31,343 milyon dollar təşkil edib. Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 44,8 faiz çoxdur.

Azərbaycanın benzin idxal etdiyi ölkələr sırasında Rumıniya ikinci yerdə qərarlaşıb. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Rumıniyadan 25,4 min ton benzin idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80,3 faiz çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026