• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qeyts düz deyir, dünya yeni pandemiya təhlükəsi ilə üz-üzədir

DÜNYA

02 Iyun 2022 | 01:33 | Müəllif: Qalib İbrahimoğlu

Qeyts düz deyir, dünya yeni pandemiya təhlükəsi ilə üz-üzədir

"Yaxın 20 ildə dünya 50% ehtimalla qlobal pandemiya ilə üzləşəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu rusiyalı virusoloq Vladislav Jemçuqov amerikalı milyarder Bill Qeytsin yeni pandemiya proqnozunu şərh edərkən deyib. 

Onun sözlərinə görə,  planetdə mövcud olan mikrobların yalnız 10%-ə yaxını bəşəriyyətə məlumdur. İnsanlar bütün çuxurları qazmağa başlayandan bəri, təhlükəli olanlar da daxil olmaqla, yeni növlərin kəşf edilməsi şansı artıb: "Mən mağaraları, okeanların dərinliklərini, Amazon cəngəlliklərini və s. nəzərdə tuturam. Bir müddət əvvəl Antarktidada göl qazdılar, orada milyonlarla il yaşı olan mikroblar tapıldı. Daimi buzlaqlarda çiçək xəstəliyini tapdılar, xoşbəxtlikdən məlum oldu ki, cansızdır. Ona görə də Bill Qeyts çox düzgün deyib” , - Jemçuqov bildirib. 

Meymunçiçəyi xəstəliyindən söz açan virusoloq qeyd edib ki, bir çox viruslar XX əsrin sonu XXI əsrin əvvəllərində də aşkar edilib: 

“50 ildir ki, təbii çiçək xəstəliyi yoxdur, amma indi söhbət gedir ki, yenidən görünə bilər. Yəni mikrob dəyişkənliyi prosesi mövcuddur, onlar mövcud həyata və ətrafdakı dəyişikliklərə çox tez uyğunlaşır”. 

Qeyd edək ki, “Maykrosoft”un yaradıcı Bill Qeyts növbəti 20 ildə başqa bir pandemiyanın baş verməsi ehtimalının olduğunu bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026