"Rusiya müxtəlif kanallarla - öz siyasətçiləri, başqa ölkələrin siyasətçiləri, rusiyayönlü lobbisi vasitəsilə Ukrayna ilə danışıqlara başlamaq üçün çağırışlar yayır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Azadlıq” radiosunun efirində bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Rusiya Ukrayna ərazilərini zəbt edir, insanları qətlə yetirir, şəhərləri viran qoyur:
“Bu zaman hansısa ağıllı biri çıxıb bütün ciddiliyi ilə deyir: “Sülh yolu ilə tənzimlənmə lazımdır”. Biz Rusiyaya hücum etdikmi? Sülh yolu ilə nizamlanma nə deməkdir?”
Podolyak deyib ki, Ukrayna hazırda Rusiya ilə sülh danışıqlarına razı olmayacaq: "Danışıqlar yalnız Rusiyanın taktiki məğlubiyyətindən sonra mümkündür”.
"Müharibə müharibə qaydaları ilə gedəcək. Ukrayna Rusiyaya ciddi taktiki məğlubiyyətlər verdirməli olacaq. Bundan sonra Ukraynanın şərtləri ilə danışıqlar prosesinə start verilə bilər", - deyə Mixail Podolyak əlavə edib.














jpg-1659277896.webp)

