• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Almaniyada AES-lərin istismar müddətinin uzadılması təklif edilib

DÜNYA

31 Iyul 2022 | 23:49

Almaniyada AES-lərin istismar müddətinin uzadılması təklif edilib

Almaniyanın maliyyə naziri Kristian Lindner elektrik istehsalı üçün təbii qazdan istifadəni dayandırmağı təklif edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, nazir “Bild am Sontag” nəşrinə bildirib ki, qaz böhranının dərinləşməməsi üçün onun elektrik stansiyalarında istifadəsi dayandırılmalıdır. Əks halda həm elektrik, həm də qaz təchizatında böhran dərinləşəcək.

Nazir qeyd edib ki, etibarlı və ekoloji cəhətdən təmiz mənbə olan AES-lərin fəaliyyət müddətim 2024-cü ilədək uzadılmalıdır.

Qeyd edək ki, qaz təchizatındakı problemlərə görə Almaniyada daş kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətinə təkrar icazə verilib. Bu stansiyalar oktyabrın 1-də işə düşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026