• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzza zolağında BMT-nin 63 əməkdaşı HƏLAK OLUB

DÜNYA

30 Oktyabr 2023 | 23:00 | Müəllif: Subhan Mahmudov

Qəzza zolağında BMT-nin 63 əməkdaşı HƏLAK OLUB

Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi vaxtdan etibarən BMT-nin 63 əməkdaşı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkilatı üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) bəyanatında məlumat verilib.

Bildirilib ki, son 72 saat ərzində BMT-nin 10 əməkdaşı Qəzza zolağında həlak olub.Bununla da oktyabrın 7-dən bu yana dünyasını dəyişənlərin ümumi sayı 63-ə çatıb. Həmçinin BMT-nin bölgədəki 22 əməkdaşı yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.

Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb./bizim media


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026