İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda biri qadın və biri uşaq olmaqla azı 11 fələstinli həyatını itirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Qəzzanın mərkəzi bölgələrindəki Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasından bir mənbə İsrail döyüş təyyarələrinin “əl-Kürd” ailəsinə məxsus evi hədəf alması nəticəsində bir qadının öldüyünü, aralarında uşaqların da olduğu çox sayda insanın yaralandığını bildirib.
Eyni mənbə İsrail ordusunun Deyr əl-Belahın mərkəzində "Bereket" ailəsinə məxsus evi hədəf alması nəticəsində bir qız və bir nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını qeyd edib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 65 fələstinli ölüb, 97 min 886 nəfər yaralanıb.
Əli Hüseynov


_New%20folder_AA-35882619jpg-1728637739.jpg)











jpg-1731181221.webp)

