Azərbaycanda qida məhsullarının ticarəti sahəsində ixtisaslaşmış “My Food” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, anbar və logistika xidməti göstərən “City Food Service" MMC Bakı Kommersiya Məhkəməsi “My Food”a qarşı iddia qaldırıb.
Kommersiya mübahisəsi hakim Zaur Pirverdiyevin sədrliyilə araşdırılacaq.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, “5 Okean” mərkəzi “My Food” MMC-yə məxsusdur. Bu mərkəzin tərkibində “Albalıq” balıq və balıq məhsulları mağazası, “Fish Mania” balıq kafesi və “Kənd sovqatı” dükanı fəaliyyət göstərir.
İbRa










jpg-1685513126.webp)





