Qırğızıstanda "Reklam haqqında" qanunda dəyişiklik edilməsi barədə müvafiq sənəd imzalanıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, sənədi ölkə prezidenti Sadır Cəfərov imzalayıb.
Sənədə əsasən, Qırğızıstanda okkultizm və mistik xidmətlərin və onları təqdim edən şəxslərin reklamına qadağa qoyulub.
Qəbul edilmiş qanunun məqsədi vətəndaşların şüurunun öz mənafeləri naminə hər hansı okkultiv, sehrli və ya digər üsullarla manipulyasiyasının qarşısını almaqdır.
Gülşən Şərif