Qışda infarkt riskinin 4 dəfə artması soyuq havalarda damarların həddindən artıq daralması və qanın laxtalanmasının artması ilə əlaqədardır.
Bakıvaxtı.az xəbər verir ki, ürək və damar sistemlərinin soyuğa reaksiyası fərqli olur. Ürək soyuq havada daha da aktivləşərək ətrafını isidir və bədəni rahatlaşdırır (aztibb.az). Lakin xəstə və çatışmazlığı olan ürək kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər ortaya çıxır.
Ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, çox soyuq havalarda xüsusilə gərgin və uzun gəzintilər edilməməlidir. Bu zaman ürək yorulur və soyuq hava infarkt keçirməyə səbəb olur:
"Qışda yüksək kalorili, yağlı ət və ət məhsulları yerinə daha çox təzə tərəvəz və meyvələrin qəbulunu artırmaq lazımdır. Həmçinin qanın qatılaşmasını hər daim nəzarətdə saxlamaq mütləqdir".
















