• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Qiymət artımı mənə təsir göstərmir” - Əməkdar artist - VİDEO

MƏDƏNİYYƏT

10 Dekabr 2021 | 17:09 | Müəllif: Qalib İbrahimoğlu

“Qiymət artımı mənə təsir göstərmir” - Əməkdar artist - VİDEO

“Qiymət artımlarından nə xəbərim var, nə də mənə təsur göstərir”.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Əməkdar artist Elza Seyidcahan İTV-də Dadaş Dadaşlinskinin “3D” verilişində qonaq olarkən söyləyib.

Qiymət artımlarından şikayətçi olmayan əməkdar artist bildirib ki, o və onun kimilər əziyyət çəkib, özündən başqa 20-30 nəfərin qayğısına qalır: “İnsan əziyyət çəksə, ailəsini saxlayıb,  özünü dolandıra bilər”.

E.Seyidcahanın sözlərinə görə, elə ailələr var ki, evində elektrik energisindən istifadə etmir: “İnsan həyatda bir dəfə yaşayır, işığı, qazı bol-bol işlət. Allah sənə ruzisini verəcək. Hər kəs özündən ummalıdır, bəzi çatışmazlıqları özündə görməlidir”.

“Qaz, işıq, su, ət-toyuq bahalaşsın da. Bu vaxta qədər acından ölən adam eşitmisiz? Biz yeməyi yeyirik ki, acından ölməyək”, - deyə Əməkdar atrist əlavə edib.

 Biz insanlara ruhi qida verməliyik. Bu gün mən musiqilərimlə insanlara ruhi qida verirəm. Allah məni acından öldürər?”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR