• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəbli qızın qaçırılması ilə bağlı cinayət işi açıldı

CƏMİYYƏT

10 Oktyabr 2022 | 11:01

Məktəbli qızın qaçırılması ilə bağlı cinayət işi açıldı

Beyləqan rayonunda 14 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bakıvaxtı.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki. faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.

Xatırladaq ki, Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.

Rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026