• Bakı 21° C

    1.01 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Qubada avtomobil aşdı - ölən və xəsarət alanlar var

HADİSƏ

23 Aprel 2025 | 09:37

Qubada avtomobil aşdı - ölən və xəsarət alanlar var

Qubada avtomobil aşıb.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini Ədilov Bayaz Sabir oğlu Susay kəndi ərazisində idarə etdiyi “VAZ-21010” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, Məmmədov Qadir Əmrağa oğlu, Daşdəmirov Rəvan Bəybala oğlu və Ədilov Rafiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


SON XƏBƏRLƏR