• Bakı 23° C

    5.38 m/s

Qubada yanğın sahibkara ciddi ziyan vurub

CƏMİYYƏT

21 Avqust 2021 | 20:28 | Müəllif: Subhan Mahmudov

Qubada yanğın sahibkara ciddi ziyan vurub

Quba rayonunda 900 ədəd taxta və plastmas tara (yeşik – red.) yanıb.

Bakıvaxtı.az-ın  məlumata görə, hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.

Kənd sakini, kiçik sahibkar Babək İslam oğlu Əsədzadəyə məxsus həyətdə, ümumi sahəsi 300 kv.m olan yardımçı tikilidəki 400 (dörd yüz) ədəd taxta yeşik, yaxınlıqdakı 500 (beş yüz) ədəd plastmas yeşik yanıb.

Alov yardımçı tikilin məhv edib, yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026