• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Jurnalistlərə sarı kart verilsinmi? - AÇIQLAMA

CƏMİYYƏT

07 Aprel 2023 | 10:39

Jurnalistlərə sarı kart verilsinmi? - AÇIQLAMA

Zaman-zaman jurnalistlərə vahid vəsiqə verilməsi ilə bağlı müzakirələr olur. Hətta bu sarı kartlar verilərsə, jurnalistlərə müəyyən güzəştlər olunacağı məsələsi də gündəmə gətirilmişdi.

“Media haqqında” qanun layihəsinə dair əsaslandırmada jurnalistlərə vahid vəsiqə verilməsi məsələsi öz əksini tapıb. Bildirilib ki, media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.

Qeyd edilib ki, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.

Əməkdar jurnalist, Mətbuat Şurasının üzvü Qulu Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, jurnalistlərə ümumi vəsiqə verilməsi haqqında danışırlar: “Bəzi təşkilatlar, jurnalist birlikləri var ki, onlar vəsiqələr verirlər. Hər kəs özünün varlığını hiss etdirmək istəyir, yəni biz də varıq. Amma mən belə hesab edirəm ki, jurnalist üçün vəsiqəni çalışdığı mətbuat orqanı – qəzet, televiziya, sayt verə bilər”.

Onun sözlərinə görə, bir də jurnalist hansısa jurnalist təşkilatının üzvüdürsə, onların vəsiqəsini gəzdirə bilər: “Bizdə elə jurnalistlər var ki, onlar çox vəsiqə gəzdirməyi xoşlayırlar. Mahiyyətcə jurnalistlərin hamısına eyni bir təşkilatdan vəsiqə verildiyini, ordan maliyyələşdiyini və idarə olunduğunu düşünmək, hesab edirəm ki, tamamilə yalnız düşüncədir. Bu, azad mətbuatın prinsiplərinə tamamilə ziddir”.

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026