• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Eldəniz Hacıyev vəfat etdi

CƏMİYYƏT

24 Fevral 2025 | 12:48 | Müəllif: Qalib İbrahimoğlu

Eldəniz Hacıyev vəfat etdi

Eldəniz Müzəffər oğlu Hacıyev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib

Bakıvaxtı.az xəbər verir ki, Eldəniz Hacıyev 1962-ci ildə Şəmkir rayonunda anadan olub, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini bitirib. 

Eldəniz Haciyev əmək fəaliyyətinə sadə zəhmət adamı kimi başlayıb, Bakı şəhəri Nərimanov rayonunun xalq deputatı olub, uzun illər Bakı Şəhər İcra Hakimiyyətində və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışıb. 

O, harada çalışmasından asılı olmayaraq, əsl dövlət qulluqçusu kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, kollektivin dərin rəğbətini qazanıb.

Eldəniz Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin !


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026