• Bakı 15° C

    5.9 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Ramil Usubov Rusiyadadır

CƏMİYYƏT

05 Noyabr 2025 | 11:30

Ramil Usubov Rusiyadadır

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Usubov Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə birlikdə Moskvadakı Aleksandr bağında yerləşən Naməlum Əsgərin məzarı yaxınlığındakı Əbədi Məşəlin önünə əklil və gül dəstələri qoyub.

Mərasimdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, onun Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarları, eləcə də Moldova və Türkmənistanın nümayəndələri, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi iştirak ediblər.

Qeyd edək ki, bu gün Moskvada MDB üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclası keçirilir.


SON XƏBƏRLƏR

04 Noyabr 2025