• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ramiz Mehdiyevdən Qurban Yetirmişli ilə bağlı QƏRAR

CƏMİYYƏT

09 Iyul 2021 | 23:45

Ramiz Mehdiyevdən Qurban Yetirmişli ilə bağlı QƏRAR

İyulun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə gündəlikdə duran elmi-təşkilatı məsələlər barədə məlumat verilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən iclasda kadr məsələsinə də baxılıb.

Belə ki, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov Rəyasət Heyətinin nəzdində Təbiət Tarixi Muzeyinin, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Pənah Muradov Mikrobiologiya İnstitutunun və biologiya elmləri doktoru, professor Ulduz Həşimova akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026