Xalq şairi Ramiz Rövşənin “Mən sənsiz ölmədim, məni bağışla” şeirini səsləndirməsi ilə tanınan balaca Məhəmmədəli bu dəfə şairin qarşısında şeir deyib.
Bakıvaxtı.az xəbər verir ki, “Qonaqcanlı” proqramında qonaq olan Xalq şairi balaca pərəstişkarının ifasında şeirini dinləyib.
Azyaşlının qiraətindən sonra R.Rövşən bildirib ki, bu onun ən çətin şeirlərindən biridir: “Sən də mənim nəvəmsən. Nəvələrə göstərəcəyəm nümunə kimi, baxın, görün necə dedi. Şeir dedi, gözəl də dedi”.
Qeyd edək ki, Xalq şairi Ramiz Rövşənin 79 yaşı var.
Bakı 




